Antalyada hazırlıqlarını davam etdirən "Xəzər Lənkəran" daha bir futbolçunu baxışa dəvət edib.
Korner.az-ın məlumatına görə, "ağ-yaşıllar"ın düşərgəsinə qoşulan futbolçu belaruslu yarımmüdafiəçi İvan Deniseviçdi.
Məşqçilər korpusu 28 yaşlı futbolçunu qarşıdakı yoxlama oyunlarında da sınaqdan keçirəcəklər.
Deniseviç 1984-cü ildə anadan olub. O, 2004-2006-cı illər aralığında “Darida”da çıxış edib və 59 oyuna 2 qol vurub. 2007-2009-cu illər aralığında “Neman”da oynayan orta sahə oyunçusu 61 qarşılaşmada 11 qola sevinib.
2010-cu ildə Soliqorsk “Şaxtyor”una keçən futbolçu burda 33 matça çıxıb (8 qol). 2011-ci ildə yenidən “Neman”a qayıdan yarımmüdafiəçi həmin dövrdən bəri 58 qarşılaşmaya çıxıb, 12 qol vurub.