“Qarabağ”ın Antalyadakı təlim-məşq toplanışı çərçivəsində 5 yoxlama oyunu keçirəcəyini xəbər vermişdik.
Korner.az-ın məlumatına görə, Ağdam təmsilçisinin yanvarın 19-dakı ilk rəqibi “Ural” olacaq.
Artıq Rusiya təmsilçisi ilə oyunun başlama saatı da dəqiqləşib. Oyun Ağdam klubunun məskunlaşdığı “İC Santai” otelinin futbol meydançasında baş tutacaq. Görüşün başlama saatı yerli vaxtla 17:00-na təyin olunub.
