"Arsenal" klubunun ispan yarımmüdafiəçisi Santi Kazorla Məsut Özil transferini dəyərləndirib.
Korner.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Kazorla Madrid "Real"ının Özili satmasının ağılsızlıq olduğunu qeyd edib.
Futbolçu həmçinin Özilin "Arsenal" klubuna faydalı olacağını və "topçular"ın əsas oyunçularından birinə çevriləcəyini deyib.