“Sampdoriya”nın daha 4 futbolçusunda koronavirus aşkarlandı
14.03.2020 , 17:38
İtaliyanın “Sampdoriya” klubunun daha dörd futbolçusunda koronavirus aşkarlanıb.
Korner.az xəbər verir ki, bunlar müdafiəçi Omar Kolli, yarımmüdafiəçi Albin Ekdal, cinah oyunçusu Morten Torsbi, eləcə də hücumçu Antonio La Quminadı.
Onların hamısından götürülmüş test müsbət nəticə verib.
Xatırladaq ki, daha öncə “Sampdoriya”nın digər hücumçusu Manolo Qabbyadinidə də koronavirus aşkarlanmışdı.
