“Sampdoriya”da yeni baş məşqçi
20.01.2022 , 16:27

“Sampdoriya”nın yeni baş məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, A seriyası təmsilçisini Marko Campaolo çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Mütəxəssislə 2024-cü ilə qədər müqavilə imzalanıb. O, 2016-19-cu illərdə də “Sampdoriya”ya rəhbərlik edib.
