“Oyun maraqlı alındı, hər iki komanda son dəqiqəyədək mübarizə apardı. Düşünürəm ki, qol vurulmasa da, qarşılaşma heç kimi biganə qoymadı".
Korner.az-ın məlumatına görə, bu sözləri "İnter" kluibunun futbolçusu Samir Zərgərov klub saytına açıqlamasında deyib.
O, artıq futbolçularda yorğunluq olduğunu bildirib:
"Artıq mövsümün sonudur və futbolçularda yorğunluq var. Ancaq biz bu vəziyyətin hərəkətlərimizə təsir göstərməməsi üçün var gücümüzlə oynamağa çalışdıq. Qarşıda bizi daha vacib oyunlar gözləyir və həmin matçlara daha diqqətlə yanaşmalıyıq”.
