Samir Abasov 100-ə çatdı
13.02.2023 , 15:23

Samir Abasov “Sumqayıt”ı 100-cü dəfə çempionat oyununa çıxarıb.
Korner.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, bu yubiley Misli Premyer Liqasının XXII turuna təsadüf edib. 45 yaşlı mütəxəssis “Şamaxı” ilə ev matçınadək “Gənclik şəhəri” təmsilçisini Premyer Liqada 99 sınağa çıxarmışdı.
O, 2015-ci ilin oktyabrından 2018-ci ilin mayınadək üç mövsüm ərzində 85 çempionat görüşündə “Sumqayıt”ın “sükanı arxası”nda olub. 2022-ci ilin sentyabrında komandaya qayıdan mütəxəssis cari çempionatın 15 qarşılaşmasında iş başında olub.
Abasovun rəhbərliyi altında keçirdiyi 100 oyunda “Sumqayıt” 33 qələbə qazanıb, 26 heç-heçə edib və 41 dəfə uduzub. Bu matçlardakı top fərqi 113-135-dir. Komanda çempionatda aktivinə 125 xal yığıb.
Sumqayıtlılar bu görüşdə 1:0 hesablı qələbə qazanıb.
