“Şamaxı”dan heç-heçə, “Karvan”dan qələbə
11.04.2024 , 18:53

Bu gün I Liqada XXI tura yekun vurulub.
Korner.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma keçirilib.
“Şamaxı” azarkeşləri önündə “Mingəçevir”lə heç-heçə edib. “Karvan” MOİK-ə, “Qaradağ Lökbatan” isə “Zaqatala”ya qalib gəlib.
I Liqa
XXI tur
11 aprel
Şamaxı – Mingəçevir 0:0
Karvan – MOİK 1:0
Qol: Ruslan Süleymanov, 79 (pen.)
Qaradağ Lökbatan – Zaqatala 2:0
Qollar: Jozef Akyam, 79, Xəlil Bəşirov, 85
