“Şamaxı”da yeni müqavilə
16.02.2023 , 19:16

“Şamaxı” qapıçısı Rəşad Əzizli ilə yeni müqavilə imzalayıb.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qolkiperlə yeni müqavilənin müddəti 1 il yarımdır.
Komanda daha öncə Rövşən Şahmuradov, Fuad Bayramov, Rəhman Daşdəmirov və Bahadur Həziyevlə müqavilə yeniləyib, Emil Qasımov, Emin Zamanov, Zahid Mərdanov, Əli Səmədov, Abdulla Seyidəhmədov və Ramin Əhmədovu heyətinə qatıb.
