“Şamaxı”da növbəti ayrılıq
03.06.2024 , 10:20

2024/25 mövsümündə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Şamaxı”da növbəti ayrılıq reallaşıb.
Korner.az xəbər verir ki, bu barədə klubu mətbuat xidməti məlumat yayıb. Bölgə təmsilçisi futbolçusu Əli Mürsəlovla yollarını ayırıb.
23 yaşlı hücumçunun başa çatan müqaviləsi yenilənməyib.
“Şamaxı” Ə.Mürsəlova göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
