“Şamaxı” – “Qəbələ”: 64-cu düel
22.05.2023 , 14:16

“Qəbələ” Azərbaycan Premyer Liqasının XXXV turunda səfərdə “Şamaxı” ilə qarşılaşacaq.
Korner.az xəbər verir ki, mayın 22-də keçiriləcək matç komandalar arasında 64-cü duel olacaq. Rəqiblər ümumilikdə 63 dəfə görüşüb. 22 dəfə qalib gələn “Qəbələ” 20 heç-heçə edib. Digər 21 qarşılaşmada bakılılar qalib gəlib. Rəqib qapısından 71 top keçirən “qırmızı-qaralar” 81 qol buraxıblar. “Qəbələ”də Daniel Subotiç daha çox – 5 qol vurub.
“Qırmızı-qaralar” “Şamaxı” ilə Premyer Liqada 59-cu dəfə görüşəcək. Çempionatda 19 qələbə və 20 heç-heçəsi olan komanda 19 məğlubiyyət alıb. Rəqib top fərqində də üstündür – 74-64.
“Qəbələ” 31-ci dəfə “Şamaxl” ilə rəqib meydanında görüşəcək. 10 səfər qələbəsi olan “qırmızı-qaralar” 7 heç-heçə edib və 13 dəfə uduzub. Rəqib meydanında 33 qol vuran “Qəbələ”lilər 49 top buraxıblar.
Bu gün keçiriləcək “Şamaxı” – “Qəbələ” oyunu saat 16:30-da başlayacaq.
