“Şamaxı” Premyer Liqaya vəsiqə qazandı
22.05.2024 , 17:55

Bu gün Azərbaycan 1-ci liqasında 2023-2024 mövsümünə yekun vurulub.
Korner.az xəbər verir ki, çempion komanda məhz sonuncu – 27-ci turda bəlli olub.
Lider “Şamaxı”ı autsayder “Araz Saatlı”nı 3:1 hesabı ilə məğlub edərək xallarının sayını 57-yə çatdırıb. Bununla da komanda 2-ci yerdəki “Qaradağ Lökbatan”ı 2 xal qabaqlayaraq 1-ci liqanın çempionu olub. Beləliklə, “Şamaxı” növbəti mövsüm yenidən elitada oynamaq hüququ əldə edib.
Bu komanda 2022/23 mövsümündə də Premyer Liqada oynayıb.
22 may (çərşənbə)
1-ci liqa, 27-ci tur
16:00.MOİK – “İmişli” – 2:1
Qollar: Ramil Orucov, 32, Nihad Qurbanlı, 83 – Maksud Ələkbərov, 39
Binə qəsəbə stadionu
16:00.“Şamaxı” – “Araz Saatlı” – 3:1
Qollar: Davud Mahmudov, 9-avtoqol, Bəhruz Teymurov, 57, Emin Zamanov, 90+6-pen. – Abdulla Seydəhmədov, 61
Şamaxı şəhər stadionu (PFL TV/canlı)
16:00.“Mingəçevir” – “Qaradağ Lökbatan” – 2:2
Qollar: Elvin Əlizadə, 57, 90+5 – Xəlil Bəşirov, 11, Mehdi Tahirov, 27
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (PFL TV/canlı)
16:00. “İrəvan” – “Karvan” – 3:8
Qollar: Vüsal Əsgərov, 19-pen; Fərid Kərimzadə, 45, 67 – Peter Kinqs, 9, 78, Emil Qasımov, 24, 40, 48, Ruslan Süleymanov, 28, İsmael Sanoqo, 80, 88
“ASK Arena” (PFL TV/canlı)
16:00.“Difai Ağsu” – “Zaqatala” – 1:1
Qollar: Kamil Hüseynov, 87 – İbrahim Qədirzadə, 82
Ağsu şəhər stadionu (PFL TV/canlı)
