Şakira ilə Pike arasında buzlar ərimir
05.05.2023 , 10:59

“Barselona”nın sabiq futbolçusu Jerar Pike ilə ayrıldıqdan sonra iki övladı ilə Mayamidə yaşayan Şakira yenidən gündəmə gəlib.
Korner.az xəbər verir ki, müğənni ilə keşmiş futbolçu arasında yenə qalmaqal yaşanıb.
Belə ki, Pikenin Mayamiyə uşaqlarını görmək üçün getdiyi, keçmiş sevgilisi Şakira ilə mübahisə etdiyi bildirilir.
Mübahisə o qədər böyüyüb ki, müğənninin qardaşı Tonino, bacısını müdafiə etmək üçün Pike ilə əlbəyaxa dava etdiyi deyilir.
