Şahruddinin komandasından qələbə
04.03.2024 , 20:23

Türkiyə Super Liqasında 28-ci turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin də formasını geyindiyi “Adana Dəmirspor” bu turda “Fatih Karagümrük”lə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb.
Şahruddin də bu oyunda iştirak edib. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
Hazırda “Adana Demirspor” isə 35 xalla 9-cu, “Fatih Karagümrük” 29 xalla 16-cıdır.
