Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi (BCOOC) bir sıra məktəblərdə təhsil proqramı çərçivəsində şagirdlər üçün silsilə tədbirlər həyata keçirib.
Korner.az-ın məlumatına görə, Layihə çərçivəsində məktəblilərə şahmat olimpiadalarının keçirilmə tarixi, əhəmiyyətli faktlar, Bakıda keçiriləcək 42-ci Şahmat Olimpiadası haqqında ümumi məlumatların əks olunduğu videoçarx nümayiş etdirilib.
Şagirdlərə Azərbaycanda şahmatın inkişafı və əldə olunan uğurlar barədə məlumat verilib.
