"Neftçi"nin bəxti gətirdi. "Zestafoni"yə qarşı oynamaq mümkündür".
Bu sözləri Korner.az-a açıqlamasında Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyev deyib. "Neftçi"nin ÇL-də mərhələ adlayacağına inandığını bildirən Diniyev, bunları deyib:
"Zaqreb "Dinamo"suna baxanda, "Zestafoni" ilə oynamaq olar. Bir də "Neftçi"nin bəxtinə "Bazel" kimi klub da düşə bilərdi. Ona görə püşkatmanı uğurlu saymaq olar. Xorvatiya ilə Gürcüstan futbolu arasında fərq var. "Neftçi"nin mərhələni adlaması mümkündür. Əgər yenidən xorvatlarla üz-üzə gəlsəydilər, ötənilki aqibəti yaşayacaqdılar".
