big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

Sadıq Sadıqov: “Dünən bütün gün yatmamışıq” – (MÜSAHİBƏ)

29.03.2013 , 08:42

“Neftçi” klubunun prezidenti Sadıq Sadıqovun müsahibəsi
 
– Sizinlə Araz Abdullayevin məsələsi ilə bağlı danışmaq istəyirdik… 
 – Nə deyim, bədbəxt hadisədir. Arazın başına gələni heç kimə arzulamıram. Kim istəyərdi ki, belə olsun. İnanırsız, dünən bütün gün yatmamışıq. Ancaq bu məsələ ilə bağlı məşğul olmuşuq. Bütün gün Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasında və həyatını dəyişən şəxsin ailəsinin yanında olmuşuq. Çalışırıq ki, heç olmasa əlimizdən gələn mənəvi-maddi yardımı əsirgəməyək.
 
– Deyilənə görə, günah daha çox “Porsche” markalı avtomobilin sürücüsündə olub… 
 – Vallah, hazırda istintaq gedir. Bunu istintaqın nəticəsindən sonra biləcəyik. İstintaqın gedişi sirr saxlanılır. Bu üzdən prosesin necə getdiyindən xəbərsizəm. Ancaq bu gənclərə min dəfə deyirəm ki, maşını ehtiyatlı sürün. Sözə qulaq asmaq istəmirlər. Elə bilirlər ki, sürətlə sürəndə hər şey yaxşı olacaq.
 
– Araz hazırda hardadır? 
 – Dünən polis bölməsində dindirildikdən sonra sərbəst buraxılıb. Ona zamin durmuşam. Futbolçudur, heç yana qaçası deyil. Ən pisi bilirsiz nədir? Bütün futbolçular ordan keçirdi. Hamı bu qəzanı gördü. Hadisə onlara da pis təsir etmişdi.
 
– Yaralı olan Gülsabah Nuriyevanın Klinik Tibbi Mərkəzə aparıldığı deyilirdi. Ancaq siz onun “Semaşko”da yatdığını bildirdiz… 
 – Bizim bir neçə tibb mərkəzləri ilə müqaviləmiz var. Məsələn, Modern Hospital və Klinik Tibbi Mərkəzlə əməkdaşlıq edirik. Biz onlara xəstənin Klinik Tibbi Mərkəzdə yatmasını tövsiyə etdik. Ancaq yaralı şəxsin yaxınları xəstə reabilitasiyada olduğu üçün buna razılıq vermədi. Bu üzdən o hazırda realibilitasiyada yatır. Ayağında sınıq var. Allahın köməkliyi ilə sağalacaq.
 
– Qapıçınız Conni Leoninin ölkəsinə gedib bura geriyə qayıtmaması nə ilə bağlıdır? 
 – O, İsveçrəyə gedəndə icazə almışdı. Atasının başında xəstəlik aşkarlanmışdı. Dünənə geri qayıtmalı idi. Ancaq hələ gəlməyib.
 
– Səbəb nədir ki? 
 – Səbəb onun viza ala bilməməsi ilə bağlıdır. Xəbər göndərib ki, sabaha gələcək.
 
– Sabah komandanız çempionluq uğrunda əsas yarışda “İnter”lə üz-üzə gələcək. Bu oyunla bağlı nə deyə bilərsiz? 
 – Vallah, heç bu oyun yadıma düşmür. Bütün fikrim-zikrim Arazın məsələsinə yönəlib. Komandanın icraçı-direktoru Mübariz Xudiyev dünəndən bu işlə məşğul olur.
 
– Belə çıxır ki, sabah oyuna baxmaq üçün arenaya gəlməyəcəksiz… 
 – Yox, yəqin ki, gələcəm. Ancaq yenə deyirəm ki, açığı bu dəqiqə məni həmin oyunun nəticəsindən çox dünənki qəza maraqlandırır. Çünki burda insan həyatından söz gedir. Hamı belə olmasını istəməz. Qismətdir. Ölənə rəhmət, yaralıya isə şəfa diləməkdən başqa çarə yoxdur…

apasport.az

Son yazılar

To Top