Madrid "Real"ının baş məşqçisi Joze Mourinyo ilə bağlı sensasiyalı məlumat yayılıb.
Korner.az-ın məlumatına görə, Fransa mətbuatının yadığı məlumata görə, "kral" klubunun portuqaliyalı çalışdırıcısı prelin 2-də Çempionlar Liqasının 1/4 finalında PSJ ilə “Barselona” arasında baş tutacaq görüş ərəfəsində fransızlara gizli köməklik edir.
Belə ki, Mourinyo Paris klubunun baş məşqçisi Karlo Ançelottiyə “Real”la “Barselona” arasında baş tutan iki oyunun (3:1, 2:1) geniş hesabatını təqdim edib.
Sözügedən hesabatda Mourinyo “Barselona”nın səhvlərini, taktiki boşluqlarını göstərib.
Digər bir xəbərdə bildirilir ki, PSJ-nin prezidenti Nasser Əl-Xelayfi bununla bağlı Mourinyodan xahiş edib.
