37 yaşında futboldan getdi
30.09.2024 , 09:57
Fransa millisinin sabiq hücumçusu Ceremi Menez futbolçu karyerasını başa vurub.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“Bari” ilə müqaviləsi başa çatdıqdan sonra özünə klub tapa bilməyən futbolçu bu qərara gəlib.
Menez karyerası ərzində “Roma”, “PSJ” və “Milan” kimi klublarda forma geyinib.