“Qarabağ” “Sabah”a qalib gəldi, Şamaxıda heç-heçə
29.09.2024 , 20:55
Azərbaycan Premyer Liqasında 8-ci tura yekun vurulub.
Korner.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutub.
Günün ilk matçı Şamaxıda keçirilib. Burada şəhərin eyniadlı komandası “Turan Tovuz”u qəbul edib. Görüşdə qalib müəyyənləşməyib – 2:2.
Tura “Qarabağ” – “Sabah” oyunu ilə yekun vurulub. “Azersun Arena”da baş tutan qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib – 3:2.
Azərbaycan Premyer Liqası
VIII tur
29 sentyabr (bazar)
16:00. “Şamaxı” – “Turan Tovuz” – 2:2
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Nəriman Axundov
Şamaxı şəhər stadionu
19:00. “Qarabağ” – “Sabah” – 3:2
Qol: Toral Bayramov, 6, Nəriman Axundzadə, 8, Kevin Medina, 17 , Coy Lens Mikels, 45+1, Pavol Şafranko, 51
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov
VAR: Əliyar Ağayev
AVAR: Rəvan Həmzəzadə
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Azersun Arena”