Sabri Sarıoğluna Çindən “elçi” düşüblər
02.08.2018 , 20:11

“Qalatasaray”ın eks-kapitanı Sabri Sarıoğluna xarici komandalardan təklif gəlib
Çin, Qətər kimi ölkələrin komandalarından təklif alan futbolçu, bu təkliflərə “yox” cavabı verib. Bunun səbəbi isə, ailəsinin Türkiyədən ayrılmaq istəməməsidir.
Qeyd edək ki, Sabri Sarıoğlu kapitanı olduğu “Qalatasaray” komandasından ayrıldıqdan sonra İzmirin “Göztəpə” klubu ilə müqavilə bağlamışdı. Müqaviləsi bitən təcrübəli futbolçu hal-hazırda heç bir komandanın heyətinə daxil deyil.
