AZAL baxışa daha bir futbolçu çağırıb.
Korner.az-ın məlumatına görə, baş məşqçi Vaqif Sadıqov özbək hücumçu Dövran Mirzəyevi sınayır. Çalışdırıcı onunla bağlı qərarını yaxın günlərdə verəcək.
Qeyd edək ki, Dövran Mirzəyev vətənində “Paxtakor”un formasını geyinib. 2007-ci ildə “Rubin”ə transfer olunan 24 yaşlı forvard əsas komandada cəmi 2 oyun keçirib və 2010-cu ildə “Ximki”yə icarəyə verilib (13 oyun). 2012-ci ildə “Nefteximik”ə transfer olunan futbolçu 34 oyunda 4 qold vurub. O, Özbəkistanın U-20 və U-23 yığmalarında top qovub.
