Hazırda “Ayaks”ı çalışdıran keçmiş futbolçu Frank De Bur karyerasını “Barselona”da davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, bir vaxtlar “Qalatasaray”da da oynamış hollandiyalı De Bur “Barselona”nın baş məşqçisi ola bilər. Katalon klubu rəhbərliyinin mövsüm sonunda baş məşqçi Tata Martino ilə yolları ayıracağı gözlənilir. Bunun üçün artıq indidən alternativ məşqçi adları axtarılır.
Namizədlər arasında Braziliya millisinin baş məşqçisi Luiz Felipe Skolari və “Arsenal”ın çalışdırıcısı Arsen Venger də var. Lakin “Barselona”nın və “Qalatasaray”ın keçmiş futbolçusu Frank De Burun da Martinonun postuna gəlmək ehtimalı az deyil.
Qeyd edək ki, Frank De Bur 2004-2005-ci il mövsümündə “Qalatasaray” forması geyinib və çıxdığı 15 oyunda 1 qol vurub.