“Tarixdə ikinci dəfə turnirin final mərhələsinə düşməyimiz, Azərbaycanın idman ictimaiyyətinin həyatında böyük hadisə oldu. Bu, böyük uğurdu".
Korner.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov deyib.
Federasiya rəhbəri "Dördlər finalı" öncəsi azarkeşlərdən kömək istəyib: "Bu uğuru konkret hər hansı bir adla bağlamaq düzgün olmazdı. “Araz” kollektiv oyun hesabına uğura nail olub. Yerli azarkeşlər isə komandamıza əlavə köklənmə imkanı verəcəklər”.
