Futbolsvərlərin "İnter"dən xatırladığı Daniel Assioli özünə yeni iş yeri tapıb.
Korner.az-ın məlumatına görə, "bankirlər"in heyətində 4 mövsüm top qovduqdan sonra o, Portuqaliyaya gedib. Ölkənin “Santa Klara” komandasında çıxış edəcək. 2006/07 və 2007/08 mövsümlərində də bu klubda çıxış edən Assioli “İnter”ə də məhz bu komandadan gəlmişdi. 4 ildən sonra “Santa Klara”ya qayıdan braziliyalı II liqada oynayacaq.
Qeyd edək ki, Assioli “İnter”də Azərbaycan çempionatının bütün mükafatlarını qazanıb. O, 2009/10 mövsümündə çempion, 2008/09 mövsümündə gümüş, 2011/12 mövsümündə bürünc mükafatçı olub.
