Almaniya Bundesliqasında mübarizə aparan “Maynz 05” klubu İngiltərənin “Stok Siti” klubunun şərəfini qoruyan Boyan Krkiçi icarə əsasında transfer edib.
Korner.az-ın məlumatına görə, 26 yaşlı futbolçu movsümün sonuna qədər Almaniya təmsilçisinin heyətində oynayacaq.
Xatırladaq ki, Krkiç bu mövsüm “Stok Siti”nin heyətində 12 oyuna 4 dəfə fərqlənib.
