“Mançester Yunayted” Ten Haqla sağollaşır
24.05.2024 , 21:40

“Mançester Yunayted” baş məşqçisi Erik Ten Haqla bağlı qərarını verib.
Korner.az xəbər verir ki, klub İngiltərə kubokunun finalında “Mançester Siti” ilə oyundan sonra baş məşqçi Erik ten Haqla yollarını ayıracaq.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Xəbərdə, “Mançester Yunayted”in baş məşqçi vəzifəsinə artıq 4 namizədin adının məlum oldu bildirilir.
Söhbət Tomas Tuxel, “Çelsi”dən ayrılan Maurisio Poçettino, Kieran Makkenna və “Brentford”u çalışdıran Tomas Frankdan gedir.
2 mövsümdür “Mançester Yunayted”i çalışdıran Erik ten Haq ötən mövsüm ingilis nəhənginin İngiltərə Liqa Kubokunu qazanmasına kömək edə bilib.
