“Sabah”la oyun üçün biletlər satışa çıxarılıb
22.07.2023 , 11:57
Latviyanın RFŞ klubu Konfrans Liqasının II təsnifat mərhələsində “Sabah”a qarşı keçirəcəyi ev oyununun biletlərini satışa çıxarıb.
Korner.az xəbər verir ki, görüşə biletlərin qiyməti 6 avrodan (11,30 AZN) başlayır. Matç günü isə ən ucuzb bilet 10 avro olacaq.
RFŞ – “Sabah” matçı iyulun 26-da Yurmalada yerləşən “Slokas” stadionunda keçiriləcək.
