“Sabah”ın ilk oyununun hakim təyinatı açıqlanıb
21.07.2023 , 17:29

“Sabah”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində ilk oyunu üçün hakim təyinatları açıqlanıb.
Korner.az xəbər verir ki, iyulun 26-ı keçiriləcək Bakı vaxtı ilə saat 20:00- da başlanacaq RFŞ (Latviya) – “Sabah” görüşünü Çexiya Futbol Federasiyasından Yan Maxalek idarə edəcək.
Ona Adam Harak və Yan Vana köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Pavel Orel yerinə yetirəcək.
Qeyd edək ki, “Sabah”ın cavab qarşılaşması avqustun 3-ü oynanılacaq.
