“Sabah” RFS-ə qalib gəldi
26.07.2023 , 21:56

“Sabah” bu gün Konfrans Liqasında mübarizəyə başlayıb.
Korner.az xəbər verir ki, komanda II təsnifat mərhələsinin ilk oyununda RFS ilə qarşılaşıb.
RFŞ ilə matç “Sabah”ın tarixində ilk avrokubok oyunu olub. Görüş təmsilçimizin 2:0 hesablı qələbəsi ilə bitib.
Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
26 iyul
20:00 RFŞ (Latviya) – “Sabah” – 0:2
Qollar: Boyan Letiç, 22, David Volkov, 56
Baş hakim: Yan Maxalek (Çexiya)
