“Qarabağ” “Rakuv”a məğlub oldu
27.07.2023 , 00:12

“Qarabağ” bu gün Çempionlar Liqasının II təsnifat mərhələsində ilk oyununa çıxıb.
Korner.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv səfərdə “Rakuv”la qarşılaşıb.
Polşada baş tutan oyunda Ağdam klubu rəqibinə 2:3 hesabı ilə məğlub olub.
Komandalar arasındakı cavab görüşü avqustun 2-də Bakıda olacaq.
Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun
26 iyul
22:15 “Rakuv” (Polşa) – “Qarabağ” – 3:2
Qollar: E.Cəfərquliyev, (56-avtoqol), F.Piaseki, 71, S.Kittel, 90+1 – R.Cica, 73, 75
Baş hakim: Lukas Fendrix (İsveçrə)
