“Sabah”ın Gürcüstandakı rəqiblərindən biri məlum oldu
14.07.2021 , 10:47
Yeni mövsümə hazırlıqlarını davam etdirən “Sabah” təlim-məşq toplanışı üçün iyulun 15-də Gürcüstana yollanacaq.
Korner.az xəbər verir ki, Ramin Quliyevin rəhbərlik etdiyi kollektiv burada 4 yoxlama oyunu keçirəcək.
“Sabah”ın rəqiblərindən biri artıq məlumdur. Premyer Liqa təmsilçisi Gürcüstanın “Samqurali” komandası ilə qarşılaşacaq. Görüş iyulun 23-də keçiriləcək.
“Samqurali” Gürcüstan çempionatında 6-cı sıradadır.
“Sabah”ın digər rəqibləri hələ məlum deyil.