“Sabah”ın Gürcüstanda ikinci oyunu
23.07.2021 , 10:44

Yeni mövsümə hazırlığı Gürcüstanda davam etdirən “Sabah” bu gün növbəti yoxlama oyununa çıxacaq.
Paytaxt təmsilçisi yerli “Samqurali” klubu ilə üz-üzə gələcək.
“Zestafoni” təlim-məşq bazasında keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, “Sabah” Gürcüstanda ilk yoxlama oyununda “Şukura”ya 1:0 hesabı ilə qalib gəlib. Komanda ayın 28-də “Saburtalo” ilə də yoxlama oyunu keçirəcək.
23 iyul
Yoxalam oyunu
19:00.”Sabah” – “Samqurali” (Gürcüstan)
“Zestafoni” təlim-məşq bazası.
