“Sabah”ın futbolçusu üçün əlamətdar oyun
12.03.2023 , 11:04
![](https://korner.az/wp-content/uploads/2023/03/F1C3D41A-50E5-41A2-A9C0-844C4F4A90C3.jpeg)
Azərbaycan Premyer Liqasının XXVI turu çərçivəsində keçirilmiş “Sabah” – “Sumqayıt” (4:0) oyunu meydan sahiblərinin gənc yarımmüdafiəçisi Seymur Məmmədov üçün əlamətdar olub.
Korner.az xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən matçın 90-cı dəqiqəsində Namik Ələskərovun əvəzinə meydana çıxan Məmmədov, cəmi 2 dəqiqə sonra fərqlənib. Bu, Seymurun “Sabah”ın heyətində vurduğu ilk qoldur. 19 yaşlı futbolçu buna 3-cü rəsmi oyununda nail olub.
Seymur Məmmədov “Sabah” Futbol Akademiyasının yetirməsidir.
![](https://korner.az/wp-content/uploads/2018/06/korner-logo.png)