“Sabah”ın futbolçusu əməliyyat olundu
13.03.2024 , 17:24

“Sabah”ın futbolçusu Vinsent Till dizindəki çarpaz bağlardan əməliyyat olunub.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Lüksemburqdakı klinikalardan birində həyata keçirilən əməliyyat uğurla başa çatıb.
Till bu mövsüm Premyer Liqada 16 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.
