“Sabah”ın bir rəqibi məlum oldu
23.06.2023 , 16:51

“Sabah”ın Avstriya toplanışındakı rəqiblərindən biri məlum olub.
Korner.az xəbər verir ki, komanda iyulun 19-da “Olimpiakos”la qarşılaşacaq.
Bu barədə Yunanıstan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Sabah” iyulun 6-da yeni mövsümə hazırlıq çərçivəsində Avstriyaya yollanacaq.
