“Sabah”dan yeni transfer
26.07.2023 , 09:00

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, mərakeşli müdafiəçi Maruan Hadudi ilə 1+1 illik müqavilə imzalanıb.
Maruan karyerası ərzində Mərakeşin “Rasinq Kasablanka”, “Berkan”, “Difaa” və “Raca Kasablanka” klublarında oynayıb.
Yeni transferi “Sabah”da 24 nömrəli formada çıxış edəcək.
