“Sabah”da yeni müdafiəçi – Rəsmi
04.02.2022 , 15:10

“Sabah” heyətini daha bir futbolçu ilə gücləndirib.
Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı müdafiəçi Hiqor Qabriellə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Braziliyanın “Fluminense” klubunun yetirməsi olan 22 yaşlı oyunçu karyerası ərzində “Rio Branko”da da çıxış edib.
“Sabah” budan öncə brazilyalı yarımmüdafiəçi Kristian da Silva Fillə 1,5 illik müqavilə bağladığını açıqlamışdı.
