“Sabah”da itkilər
27.04.2024 , 14:54

“Sabah” Azərbaycan Premyer Liqasının 32-ci turunda doğma meydanda”Səbail”i qəbul edir.
Korner.az xəbər verir ki, Masazır təmsilçisi oyuna itkilərlə çıxacaq.
Yarımmüdafiəçi Vinsent Til və hücumçu Kristian Sebalyos zədəlidir.
Müdafiəçi Sofian Çakla isə cəzalı durumdadır. Mərakeşli futbolçu 4 sarı vərəqə gördüyü üçün komandaya kömək edə bilməyəcək.
Qeyd edək ki, “Sabah” – “Səbail” qarşılaşması bu gün saat 18:00-da, “Bank Respublika Arena”da baş tutacaq.
