“Sabah” və “Neftçi”dən qələbə
18.05.2024 , 19:00

Azərbaycan Premyer Liqasında 35-ci turun oyunları davam edir.
Korner.az xəbər verir ki, bu gün 3 matç keçirilib.
Günün ilk matçında “Sumqayıt” “Sabah”la qarşılaşıb. Meydan sahibləri bu görüşdə qələbə qazanıb.
Digər görüşdə isə “Neftçi” “Səbail”i qonaq edib. “Ağ-qaralar” bu görüşdə 3:0 hesabı ilə qalib gəlib.
Son matçda isə “Kəpəz” “Zirə”yə 1:0 hesablı qalib gəlib.
18 may
17:00 “Sabah” – “Sumqayıt” – 2:0
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev
“Bank Respublika Arena”
17:00 “Səbail” – “Neftçi” – 0:3
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Nicat İsmayıllı
“ASCO Arena”
17:00 “Kəpəz” – “Zirə” – 0:1
Hakimlər: Rəvan Həmzəzadə, Kamran Bayramov, Cəmil Quliyev, Kamal Umudlu
Tovuz şəhər stadionu
