“Sabah” – “Neftçi” oyununun biletləri satışda
15.08.2023 , 22:52

“Sabah”ın Premyer Liqanın III turunda “Neftçi”yə qarşı keçirəcəyi oyunun biletləri satışa çıxarılıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komandasını stadiondan dəstəkləmək istəyənlər biletləri bu gündən etibarən onlayn şəkildə “iticket.az” saytından, oyun günü isə həmçinin “Bank Respublika Arena”nın kassasından əldə edə bilərlər. Biletlərin qiyməti 1 və 2 AZN-dir.
“Sabah” – “Neftçi” matçı avqustun 20-də, saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək.
