“Sabah” legionerini icarəyə verdi
05.02.2023 , 13:47

“Sabah” braziliyalı müdafiəçi Hiqor Qabrieli Ukraynanın “Lvov” klubuna icarəyə verib.
Korner.az xəbər verir ki, icarə müqaviləsinin müddəti 2023-cü il, iyunun 30-na kimidir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qabriel ötən ilin fevral ayından “Sabah”ın üzvüdür. O, cari mövsümün ilk yarısında Belarusun “Dinamo” (Minsk) komandasında icarə əsasında çıxış edib.
