“Səbail”də yeni müqavilə
17.06.2021 , 18:46
“Səbail” müdafiəçi Adil Nağıyevlə müqavilənin müddətini artırıb.
Korner.az xəbər verir ki, anlaşmaya əsasən, 26 yaşlı futbolçu daha 1 il “dənizçilər”in formasını geyinəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Adil Nağıyev 2019-cu ilin avqustundan “Səbail”də çıxış edir.