Ölkə futbolu

“Qarabağ” hazırlığı davam etdirir

17.06.2021 , 18:00

“Qarabağ”ın yeni mövsüm üçün hazırlıq planı bəlli olub.

Korner.az xəbər verir ki, Ağdam təmsilçisinin hazırlığının ilk mərhələsi Bakıda keçiriləcək. Bakıdakı hazırlıq çərçivəsində 2 yoxlama oyunu nəzərdə tutulub. “Qarabağ” iyunun 26-da “Keşlə”, 30-da isə “Sumqayıt”la qarşılaşacaq.

Təlim məşq toplantısının 2-ci mərhələsi Avstriyada baş tutacaq. 12 günlük toplanış ərzində 3 yoxlama oyunu nəzərdə tutulub. Komanda iyulun 7-də Bolqarıstanın ÇSKA (Sofiya) klubu ilə üz-üzə gələcək. İyulun 11-nə nəzərdə tutulan oyunda isə rəqib isə “Arsenal” (Tula, Rusiya) olacaq. Sonuncu rəqibin adına daha sonra aydınlıq gələcək.

Son yazılar

Yuxarı