“Qarabağ” – “Aşdod” oyununun vaxtı açıqlandı
17.06.2021 , 19:30

“Qarabağ”ın Konfrans Liqasının II təsnifat mərhələsində İsrailin “Aşdod” klubu ilə ev oyununun vaxtı məlum olub.
Korner.az xəbər verir ki, iyulun 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş 20:00-da başlayacaq.
Komandalar arasındakı cavab matçı iyulun 29-da keçiriləcək.
