“Səbail” bu futbolçunu göndərdi
14.04.2022 , 20:02
“Səbail” albaniyalı müdafiəçi Yurqen Qoca ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Futbolçuya azad agent statusu verilib. Qocaya klubun kollektivi adından təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
Müdafiəçi 2021/22-ci illər mövsümündə “dənizçilər”in heyətində 20 oyunda meydana çıxıb, 2 qola imza atıb.