Həftənin ən yaxşısı
14.04.2022 , 19:50
Çempionlar Liqasında 1/4 final mərhələsinin iki cavab matlarından sonra həftənin ən yaxşı oyunçusu açıqlanıb.
Korner.az xəbər verir ki, bu “Real”ın yarımmüdafiəçisi Luka Modriçdir.
37 yaşlı xorvatiyalı futbolçu namizədlər arasında Raul Albiol (“Vilyarreal”), Kostas Tsimikas (“Liverpul”) və Con Stounzu (“Mançester Siti”) qabaqlayıb.