Ulduz futbolçudan yeni rekord
23.09.2024 , 10:00
“Mançester Siti”nin futbolçusu Erlinq Haaland Premyer Liqada yeni rekorda imza atıb.
Korner.az xəbər verir ki, o, buna 5-ci turda “Arsenal”la matçda nail olub.
Belə ki, 24 yaşlı oyunçu yeni mövsümdə Premyer Liqada vurduğu qolların sayını 10-a çatdırb.
Bununla da o, yeni rekorda imza atıb.
Daha öncə heç kim Premyer Liqada keçirilən ilk 5 matçda 10 qol vurmağı bacarmayıb.