“Səbail”dən yeni transfer – Rəsmi
02.02.2024 , 11:51
![](https://korner.az/wp-content/uploads/2024/02/IMG_5170.webp)
“Səbail” daha bir oyunçunun keçidini rəsmiləşdirib.
Korner.az xəbər verir ki, “dənizçilər” son olaraq, Niderlandın 2-ci liqa təmsilçisi “Venlo”da çıxış etmiş Süleyman Alluşu heyətinə qatıb.
Mərakeş əsilli cinah yarımmüdafiəçisi ilə 2,5 illik müqavilə imzalanıb. 22 yaşlı futbolçu Niderlandın U-17 millisi ilə Avropa çempionatının qalibi olub.
![](https://korner.az/wp-content/uploads/2018/06/korner-logo.png)