“Səbail” hazırlıqlara start verdi
03.01.2024 , 15:47

Korner.az xəbər verir ki, komanda baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında bu gün “ASCO Arena”da yeni ildə ilk məşqini keçirib.
“Səbail” hazırlığın növbəti mərhələsi üçün yanvarın 5-də Türkiyənin Antalya şəhərinə yola düşəcək. Paytaxt təmsilçisi qonşu ölkədə 2 yoxlama oyunu keçirəcək. Rəqiblər Rumıniya Superliqası təmsilçisi “Universitatea Cluj” (12 yanvar) və Rusiya Premyer Liqası klubu “Fakel” (15 yanvar) olacaq.
